Yüksək vəzifəyə təyinat alan Bahadur Rzayev kimdir? - DOSYE

Yüksək vəzifəyə təyinat alan Bahadur Rzayev kimdir? - DOSYE
SOSİAL
15:47 11.06.2026
561
Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

AZXEBER.COM yeni müavinin dosyesini təqdim edir:

B.Rzayev "Yüksəliş” müsabiqəsinin finalçısı olub.

2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Rzayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb.

Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR