“Yüksəliş” dövlət və özəl sektorun marağındadır - FOTO

GƏNCLİK
18:14 15.02.2020
12836

"Yüksəliş” müsabiqəsi Azərbaycanda potensial kadr seçimi və hazırlığına yönəlmiş ən irimiqyaslı layihədir. Müsabiqə həm də idarəçilərə öz peşələrində yüksəlməyi vəd edir, özünü kəşf etmək üçün yeni imkanlar yaradır. İnkişafa, islahata hədəflənən çoxməqsədli proqramları həyata keçirməyi planlaşdıran müsabiqə yerli dövlət və özəl qurumlarla yanaşı, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin də marağına səbəb olub. 

Qaliblər qlobal təcrübə proqramına qoşula biləcəklər

Dünya Bankının Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zaur Rzayev müsabiqəni ölkəmizdə insan kapitalının gücləndirilməsi baxımından çox ciddi addım kimi dəyərləndirib. O bildirib ki, Dünya Bankının xüsusi təcrübə proqramı mövcuddur və bu təcrübəni müsabiqə iştirakçıları ilə bölüşməyə hazırdır: "Gələcəkdə öz karyerasını Dünya Bankı qrupu ilə bağlamaq istəyən qalib bu proqrama müraciət edə bilər. Hətta bu təcrübə proqramında uğur qazanarlarsa, bir neçə ay ərzində Dünya Bankının baş qərargahında çalışmaq imkanı yaranır. Əlbəttə, daha çox azərbaycanlının dövlətlərarası təşkilatlarda, beynəlxalq korporativ sektorda çalışması ölkəmiz üçün də uğurlu addım olardı”. 

ASAN Xidmətin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli də innovativ düşüncəli, yüksək səriştəli kadr axtarışı istiqamətində "Yüksəliş” layihəsinin ölkə üçün əhəmiyyətindən danışıb: "Xüsusən gənclərlə işləyən idarəçi kimi müşahidələrimə əsasən deyə bilərəm ki, gənclərimizin sosial və maarifləndirici tədbirlərdə aktiv iştirak etməsi sevindirici haldır. Təlimlərə qatılıb özlərini inkişaf etdirmələrinə, təkmilləşdirmələrinə vaxt ayırırlar. "Yüksəliş” müsabiqəsi də bu məqamda çox vacib bir addım idi. Bir neçə il əvvəl konüllülük proqramına qatılan elə şəxslər var ki, artıq bəziləri idarəçi işlərdə çalışırlar. Bu müsabiqəyə də böyük maraq və həvəslə qatılıblar. Onlar şəffaflığın, hər hansı bir bürokratik əngəllərin olmadığı mühitdə yetişən gənc beyinlərdir. Əlbəttə, belə bacarıqlı insanların gələcəkdə müxtəlif strukturlarda çalışmasına böyük zərurət var”. 

DOST Agentlyinin şöbə müdiri Tural Əlizadə bildirib ki, dünyada əmək bazarında ənənəvi biliklərlə yanaşı, bacarığı olan şəxslərə də üstünlük verilir. "Yüksəliş” müsabiqəsinin də mahiyyətində liderlik qabiliyyəti, strateji düşüncə, dəyişikliklərin həyata keçirilməsi, yeniliklərə açıq olmaq və sosial məsuliyyət kimi kompetensiyalar yer alır. Təbii ki, bu müsabiqənin ölkəmizdə təşkili kadr potensialının formalaşdırılmasında yeni yanaşma deməkdir”.

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

16:47 13.07.2020

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”

16:44 13.07.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 24 570 nəfər çatdı

16:35 13.07.2020

Azərbaycanda daha 527 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər vəfat etdi

16:21 13.07.2020

Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

16:10 13.07.2020

Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi

16:06 13.07.2020

Azxəbər-ə qarşı erməni təxribatı - FOTOFAKT