“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşdı

GƏNCLİK
17:14 04.05.2020
2196
"Yüksəliş” müsabiqəsinin videomüsahibə turu başa çatıb.

AZXEBER.COM xəbər verir ki, əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb.

Videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər.

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, "Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

OXŞAR XƏBƏRLƏR

X Mostbet