"Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi"

"Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi"
SOSİAL
12:15 21.10.2021
543
"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyevlə söhbətində deyib.

Dövlət başçısı bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək: "Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar".

"Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram", - Prezident vurğulayıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi