xari

"Yuventus" pandemiyadan 50 milyon avro itirib

İDMAN
23:49 25.02.2021
331
taliya "Yuventus"u 2020/2021 mövsümünün ilk yarısı üçün maliyyə hesabatını təqdim edib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionu 6 ay ərzində 113,7 milyon avro itki ilə üzləşib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 milyon avro çoxdur.

Mədaxil 322,3 milyon avro, mənfəət isə 258,3 milyon avro təşkil edib.

Klub hesab edir ki, koronavirus zərərin 50 milyon avroyadək yüksəlməsinə ciddi təsir göstərib.

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 22 oyundan 45 xalla 3-cü pillədə yer alıb. Komandanın ehtiyatda bir oyunu da var. İlk 2 pillədə 23 oyundan 53 xala malik "İnter" və 49 xalı olan "Milan" qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR