Yüz yaşlı İstanbullu

Yüz yaşlı İstanbullu
Bütün Xəbərlər
17:59 06.06.2013
2879
Əbülfəz Şeydabəyov
Əslində bu gün İstanbulda baş verən anomal radikal “inqilabi əhval ruhiyyə”ni anlamaq o qədər də çətin deyil. Burada nə var ki, elə İstanbulda doğulan bu çılğın axının ruhu yenə də öz beşiyinə qayıtmaq istəyir. Bir zamanlar XIX əsrdə Gənc Türklər (Jön Türkler) hərəkatı var idi. Bu hərəkat 1908-ci ildə İstanbulun yenilikçi vücudu ilə bir olmuş daha sonra anidən çarın Rusiyasında dekabristlərin sobasına düşmüş, Ural dağlarına əsmiş tatar milli-komunist inqilabçısı Sultan Qaliyevə müəllim olmuş. Sonra Azərbaycan ziyalılarının qələminə düşüb üç rəngli,ay-ulduzlu Dövlət olmuşdur. Bakıdan da Ankaraya keçərək 1923-də Türkiyə Cumhuriyyəti adını alsa da...Yenə də kifayətlənmədi, Türkistana keçdi , Basmaçı papağı taxtı, türkmənin axal-teke atına mindi, üzü İrana çaptı. Gənc pəhləvilərə yenilikçi ruh verdi. Ancaq ona nə şərbəti içirdildisə, Pəhləvi rejimindən sonra o artıq həmin mülayim və xoşməramlı simasını dəyişməyə başlamışdı. 1950 ci illərdə Misirə üz tutdu burda o Cəmal Əbdul Nasirin “Gənc zabitləri” ilə birləşdi dövrünün imperializminə meydan oxudu. Kifayətlənmədi ərəb çöllərində quruyan çəmən çiçəklərinin yenidən tumurcuq olub dirçəlməsinə su oldu. Adına Baas Partiyası verdilər. Ərəb xalqlarının milliyətçiliyini sosializm anlayışı ilə sintez edib dirçəldi, həmin yenilikçi istanbullu siyasi külək ...Bəli, zamanla manipulasiya edilərək ülgüc kimi kəskin oldu, çox kəllələr aldı bu ruzigar. Bu yaşıla çalar sarı coğrafiyanın Səddamını, Zeynəl Abidinini , Əli Abdul Salehini, Kaddafisini, Mübarək edərək, sırası ilə elə Baas Pariyasının təməli atılan Suriyadakı son baasçı Bəşər Əsədin pəncərəsinin önündə qırmızı toz qaldırdı. Əslində buna kim “bahar” ləqəbi verib bilmirəm. Məncə bu küləyin əsl adı Səmumdur. Səmum ərəb dilində Ərəbistan və Şimali Afrika yarımadalarında böyük qüvvə ilə əsən gözlənilməz isti külək deməkdir. Maraqlı bir müşahidə apardım və hələ tarixin xaç atası olan Heradot bu çöl küləyinə “qırmızı fırtına” və ya “qan dənizi” adı vermişdir...Həqiqətən də son illərdə ani qalxan “qan dənizi” fırtınası neçə-neçə hökuməti, on minlərlə insanı öz sularında boğdu və hələ də mülayimləşmək bilmir.
Demək ki bir zamanlar İstanbuldan Jön Türklərin modernizmi ilə verilən mülayim nəfəs yenidən dünyanı dönüb dolaşıb təkəbbürlənib, azğınlaşaraq öz doğma şəhərinin qapısını döyməkdə. Yaxın Şərqdə məzhəbləri bir birinə döydürən, indi də Sivilizasiyaların son Qalata körpüsünü uçurmaq niyyətindədir. Yüzlərcə gənci qarşısına alıb dünyaya sataşmaqdadır.
Dünya çaşbaş qalıb, bu necə oldu? Niyə İstanbul? görəsən ordan sonra hara istiqamət alacaq bu başı-bozuq?
Məncə bəzi şişirdilmiş “ mediya” və adsız “bloger” kəslərin Misirdəki, Tripolidəki, Yəməndəki axşam çəkilmiş alovlu şəkillərinə “Burası Taksim” başlıqlı yazılarına məhəl qoymadan, qardaş Türkiyəmizdə baş verən hadisələrə məntiq gözümüzlə baxmağa dəyər.
Əminəm ki, şərq əfsanələrindəki kimi, öz lampasından yuz ildir çıxmış və zamanla azğınlaşmış küləyi bəlkə elə öz sahibi olan istanbullular, özlərinə layiq şəkildə yenidən öz lampasına salıb bir daha geri qayıtmamaq şərti ilə onu Mərmərə sularının dibinə atacaqlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"