Milli Məclisdə Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı müzakirələrdə Zahid Oruc Şuşa şəhərinin Azərbaycanın ikinci paytaxtı elan olunmasını təklif edib.
APA-nın xəbərinə görə, deputat bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, amma onun ikinci paytaxt da elan olunması vacibdir: “Azərbaycan bilməlidir ki, bu dönəmdə Azərbaycana gələn təzyiqlər artacaq və buna tək hakimiyyət deyil, bütün xalq qarşı çıxmalıdır. Azərbaycanın müharibə aparmaq üçün 45 milyard dollar pulu var və bu şansı əlimizdən almaq istəyirlər”.