Zakir Həsənov Pakistana başsağlığı verdi

Zakir Həsənov Pakistana başsağlığı verdi
SİYASƏT
22:00 06.12.2021
530
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının federal müdafiə naziri cənab Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir:

"Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".
OXŞAR XƏBƏRLƏR