Zaqatalada 3 ailənin yaşadığı ev yandı

Zaqatalada 3 ailənin yaşadığı ev yandı
Bütün Xəbərlər
19:00 05.02.2014
553

Hadisə zamanı evdə olan azyaşlı uşaqlar Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas edilib

Bu gün saat 15–16 radələrində Zaqatala rayonunun Nəriman Nərimanov küçəsində Nəbiyeva Gülşənə məxsus 2 mərtəbəli evin çardaq hissəsində yanğın hadisəsi baş verib.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Zaqatala Yanğından Mühafizə hissəsinin (FHN) iki yanğınsöndürən maşını və şəxsi heyəti tərəfindən söndürmək mümkün olub.Hadisə zamanı evdə olan azyaşlı uşaqlar Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən xilas edilib.Qeyd edək ki, sözügedən evdə hal-hazırda 3 ailə yaşayır. Hadisə zamanı xəsarət alan olmasa da, yaşayış evinin çardağının 1/5 hissəsi yanıb. Təqribən bir saat davam edən yanğının söndürülməsi zamanı, sözügedən küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.İlkin ehtimallara görə, yanğın hadisəsinə səbəb, evin hamamının tüstü-bacasından çıxan qığılcımlar olub.
OXŞAR XƏBƏRLƏR