Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada avtomobil piyadanı vurub
Bütün Xəbərlər
12:34 16.12.2013
778

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Zaqatala şəhərində fəaliyyət göstərən şadlıq evlərindən birinin qarşısında qeydə alınıb.

Zaqatala rayonu Çobankol kənd sakini, 1992-ci il təvəllüdlü Bədəlov Eyvaz Mahir oğlu idarə etdiyi “VAZ 2103” markalı, 10 FF 244 dövlət nömrə nişanlı avtomobillə şadlıq evindəki toy mərasimindən çıxıb evə getmək istəyən Zaqatala rayonu Faldar kənd sakini, 1990-cı il təvəllüdlü Səfərov İsrail Bəhram oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İsrail Səfərov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, İsrail Səfərovun vəziyyəti orta-ağır hesab edilir. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR