Zaqatalada məktəbli qız intihar edib

Zaqatalada məktəbli qız intihar edib
Bütün Xəbərlər
16:49 19.11.2013
1064

Zaqatalanın Danaçı kəndində məktəbli qız intihar edib.

Rayon prokurorluğundan AZXEBER.COM-a verilən məlumata əsasən, 1996-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Ayzanat Mehdiyeva özünü yaşadığı evin tirindən asaraq intihar edib.17 yaşlı Ayzanat Mehdiyevanın özünü hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Zaqatala rayon Prokurorluğundan verilən məlumata əsasən, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidi.Fakla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-i (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR