Zaqatala rayonunda yenidən zəlzələ baş verib. Bu barədə rayon sakinləri məlumat verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə APA-ya verdiyi məlumatda bildirib ki, zəlzələ 5, 3 maqnitudada qeydə alınıb. 12 ballıq cədvəl üzrə zəlzələnin gücü 6-6,5 bala yaxın olub.