Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub

Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub
SOSİAL
23:26 03.07.2026
260
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, yaralananlardan üçü, o cümlədən bir azyaşlı eyni ailənin üzvləridir.

Xəsarət alanlar "VAZ-2106” markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Akif oğlu Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məhəmməd qızı Məmmədova, həmçinin "KIA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Ərəstun oğlu Muxtarovdur.

Yaralıların müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunda davam etdirilir.
OXŞAR XƏBƏRLƏR