Zaur Darabzadə: Gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsinə ehtiyac var

GƏNCLİK
16:19 09.12.2019
3290
Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyini irəli sürməyi planlaşdıran, çoxsaylı uğurlu layihələrin gənc rəhbəri Zaur Darabzadə "Gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsinə ehtiyac var” adlı məqalə yazıb.

AZXEBER.COM Report-a istinadən məqaləni təqdim edir:

İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var.

Bu fikirləri bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı bir daha bəyan etdi.

Müasirləşmə əsasən əhalinin rifah halının yaxşılaşması və layiqli həyat səviyyəsinin təmin olunmasında özünü təcəssüm etdirməlidir. Məsələn, intellektual gənc nəslin əməyindən düzgün istifadə edilməsi ölkəmizdə ictimai xidmətlərin göstərilməsinə yeni nəfəs gətirdi.

"ASAN xidmət” vasitəsilə vətəndaş məmnunluğu tam təmin olundu, süründürməçilik və neqativ hallarla üzləşdiyimiz xidmətlərin həyata keçirilməsində şəffaflığın yaranmasına nail olundu.

Respublikamızda xüsusən son illərdə sahibkarlar üçün yaradılmış əlverişli mühit qeyri-neft sektorunun mövcud imkanlardan düzgün istifadə edilməsi, bu sektorun potensial imkanlarını genişləndirdi, yeni istehsal sahələri yaradılaraq idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsini yüksəltdi, ixrac qabiliyyətini artırdı və bu tendensiya kompleks şəkildə inkişafa doğru davam etməkdədir.

Bu cür inkişaf və tərəqqi, vətəndaş məmnunluğunun yaradılması, sosial problemlərin mərhələli şəkildə həll edilməsi yeni yanaşmalardan, ideyaların reallaşmasından, gənclərlə işin düzgün təşkil edilməsindən irəli gəlir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti ictimai-siyasi həyatın müxtəlif sferasında onların sərbəst iştirakını təmin edir. Gənclər siyasəti çoxşaxəlidir, çox spektrlıdır.

Bu gün Azərbaycan gənci dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə geniş karyera imkanlarına malikdir. Lakin cəmiyyət olaraq hər birimizdə mühafizəkar fikirlər dərin kök salıb.

Bu, stereotiplərin, təfəkkürün dəyişdirilməsinə, nəsillərarası ziddiyyətlərə yol vermədən gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsi dövlətimizin daha sürətli inkişafına doğru atılmış ən doğru addım olacaqdır. Və yuxarıda qeyd edilən çağrışlar məhz gənc nəsilin bu imkanları dəyərləndirməsi üçün resursların bəyan edilməsidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet