Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü

Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
SİYASƏT
16:15 22.08.2025
280
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəngəzur dəhlizinin inkişafı da daxil olmaqla, yük daşımaları sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər irəli sürüb.

Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

Ş.Mirziyoyev vurğulayıb ki, mövcud və perspektivli nəqliyyat dəhlizlərinin birləşdirilməsi Çini Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirən dayanıqlı transkontinental marşrut yaratmağa imkan verəcək: "Yeni yük axınları Azərbaycan, Türkmənistan və Özbəkistanda infrastrukturun səmərəli şəkildə yüklənməsini təmin etməyə çağırılır”.

Özbəkistan Prezidenti, Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin inkişafını və əsas məsələlərlə ekspertlərin məşğul olmasını təklif edib. Söhbət buraxılış qabiliyyətinin genişləndirilməsi, Türkmənbaşı və Bakı limanlarında müasir logistika infrastrukturunun yaradılması, prosedurların rəqəmsallaşdırılması, yüklərə nəzarətin təmin edilməsi və razılaşdırılmış tarif siyasətinin həyata keçirilməsindən gedir.
OXŞAR XƏBƏRLƏR