Məşhur müğənni və aktyor Özcan Deniz qardaşı Ercan Deniz ilə yaşadığı qalmaqallı münasibətlər barədə ilk dəfə ətraflı danışıb.
AZXEBER.COM Türkiyə mətbuatına xəbər verir ki,sənətçi açıqlamasında qardaşını illərlə qazandığı sərvəti mənimsəməkdə ittiham edib.
Özcan Deniz iddia edib ki, qardaşı onun 35 illik əməyinin bəhrəsini əlindən alıb.
"35 illik alın tərimi oğurladı, 1 milyard pulumu mənimsədi”, – deyə sənətçi bildirib.
Deniz bununla yanaşı, qardaşının ailə şirkəti vasitəsilə ona 30 milyon lirəlik icra borcu qoyduğunu da iddia edib. Məşhur sənətçi yaxın vaxtlarda məhkəməyə müraciət edəcəyini və hüquqi proses başlayacağını açıqlayıb.
"Qaldıracağım məhkəmə iddiaları ilə qardaşımın əsl simasını hər kəs görəcək”, – deyə o vurğulayıb.
Uzun illər davam edən susqunluğunu pozan Özcan Deniz bildirib ki, ən çox güvəndiyi insanların, xüsusilə də ailəsinin ona ağır bədəl ödətdiyini düşünür. Sənətçi artıq bütün iddialarını hüquqi müstəvidə sübut etmək niyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, məsələ ilə bağlı Ercan Deniz tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Aysel










































