Üzdəki xoşagəlməz kapilyarlara son: Cəmi yarım saata!

SAĞLAMLIQ
15:55 09.10.2018
5000
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 10 nəfərdən biri dəri xəstəliyinin müxtəlif növlərindən əziyyət çəkir.
 
Ən çox rast gəlinən dəri xəstəliklərindən biri üz nahiyəsində olan kapilyar damarlardır. Xüsusən qadınları narahat edən bu problemin müalicəsi ilə ölkəmizdə çox az sayda mütəxəssis məşğul olur.
 
Onlardan biri ölkəmizin tanınmış dermatoloqlarından olan Dr. Azər Şamilovdur.

AZXEBER.COM Dr. Azər Şamilovun üz nahiyəsində olan kapilyar damarların lazerlə müalicəsi haqqında məqaləsini oxuculara təqdim edir:

Üzdəki kapilyar damarlar daha çox kimlərdə görünür?

Üz nahiyəsində olan kapilyar damarlarla bağlı şikayət hər 6 nəfərdən birində təsadüf olunur. Hər 50 uşaqdan biri bu problemdən əziyyət çəkir. Əsasən dərisi açıq rəngli olan insanlarda rast gəlinən problem 0,1-1 mm ölçüsündə damarların çoxlaması ilə xarakterikdir. Bəzən isə xal kimi üzdə görünə bilər.

Yaranma səbəbləri

Xəstəliyin yaranmasında bir çox yerli və xarici amillər iştirak edir ki, bu sırada irsi faktor, həssas dəri, günəş şüalarına məruz qalma, Rozasea xəstəliyi (dəri xəstəliyi), metobolizm və revmatizm xəstəlikləri, aşırı dərəcə alkoqol və siqaret qəbulu, tramvalar misal göstərilə bilər. 

Hansı fəsadları ola bilər? 

Üz nahiyəsində olan kapilyar damarlar vaxtında müalicə olunmazsa, problem daimi olaraq insanı narahat edər. Qarşıdakı dönəmdə daha ciddi fəsadlara yol açan xəstəlik lazer üsulu ilə aradan qaldırılır.

Müalicəsi necə həyata keçirilir?

Qeyd etdiyim kimi, xəstəliyin müalicəsi lazer yolu ilə həyata keçirilir. Bu zaman aşağıdakı lazerlərdən istifadə olunur:

Long pulsed Nd:YAG lazer 1064 nm 

Pulsed dye lazer 595 nm-585 nm 

KTP lazer 532nm 

IPL

Buna qədər xəstəliyin müalicəsində buz və elektrik cərrahiyyəsindən istifadə edilsə də, uğurlu nəticə əldə edilməyib. XXI əsrin qızıl standartı lazer üsulu ilə xəstəlik ən cəmi yarım saata aradan qalxır. Proses boyu heç bir ağrı, kompleks olmur və əməliyyat zamanı narkozdan istifadə edilmir. Müalicənin səhəri günü xəstə əmək qabiliyyətini tam bərpa edir.

Xatırladaq ki, Dr. Azər Şamilov Türkiyədə Estetik Dematologiya ixtisası üzrə təhsil alıb. Hazırda "Medera Hospital”da çalışan Dr. Azər Şamilov bütün növ dəri xəstəlikləri, kosmetik estetik prosedurlarını, mezoterapiyanı, PRP-ni, Fraction Lazerlə gəncləşmə prosedurlarını, Botox-u, Dolğu prosedurlarını və digər prosedurları həyata keçirir. Ölkəmizin ən peşəkar dermatoveneroloqlarından olan Dr. Azər Şamilov xaricdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı təmsil edir. 

Ünvan: 8-ci mkr., Ə.Naxçıvani küç., 53

Mob: ‭+994 55 335 99 85‬

instagram: @dr.shamilov.azer
Facebook: @dr.shamilov.azer

 


 

 


OXŞAR XƏBƏRLƏR