Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib

Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib
DÜNYA
17:14 09.08.2026
259
Rusiya hərbçiləri Ukraynanın Odessa vilayətinə güclü zərbələr endiriblər, nəticədə elektrik enerjisinin verilişində problemlər yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

"Rusiyanın Odessa, Xarkov, Pavloqrad və digər regionlarımıza endirdiyi zərbələrin nəticələrinə dair məruzələr olub.

Energetikaya endirilən sərt zərbədən sonra insanlara elektrik enerjisinin verilməsini bərpa etmək üçün Odessada və vilayətdə təmir işləri davam edir. Bu gecə həmçinin yaşayış evlərinə, limana ziyan dəyib", - məlumatda bildirilir və azı 8 nəfərin xəsarət aldığı qabardılır.

Onun sözlərinə görə, Xarkovda dron birbaşa çoxmərtəbəli yaşayış binasına düşüb və tikili qismən dağılıb, onlarla insan yaralanıb, iki nəfər həlak olub. Həmçinin ticarət mərkəzinin yaxınlığına və Pavloqradın enerji infrastrukturuna zərbələr endirilib, doqquz nəfər xəsarət alıb.

Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Jitomir, Nikolayev, Kiyev, Xerson, Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərinə hücum edib.

"Rusiya yalnız bir şəhər və ya icma ilə məhdudlaşmayan ballistik hücuma bel bağlamağa davam edir. Təkcə bu həftə ərzində Ukraynaya qarşı müxtəlif tipli 61 raket tətbiq olunub, onların 56-sı ballistikdir. Həmçinin 1 560-dan çox dron zərbəsi və 1 540 aviabomba olub", - Zelenski fikirlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR