Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ nümayəndələrindən "rusların danışıqlara hazır olduğu” barədə mesaj aldığını bildirib.
O, bunu "Axios” nəşrinə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin danışıqların irəliləməsi ilə bağlı ideyaları müzakirə etməyə hazırdır.
Bununla yanaşı, Zelenski Rusiyanın kompromisə hazır olduğunu nümayiş etdirmədiyini düşünür. O vurğulayıb ki, Ukrayna artıq bütün mümkün kompromislərə gedib.
Bundan əlavə, Zelenski bildirib ki, istənilən diplomatik proses üçün Ukraynaya təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək paketi lazım olacaq.
Müsahibəsində Zelenski həmçinin Ukraynanın diplomatik prosesin bərpası üçün sentyabr və oktyabr aylarından istifadə etmək istədiyini deyib.











































