Zelenskidən Meloniyə irad: Siz bunu istəmirdiniz...

Zelenskidən Meloniyə irad: Siz bunu istəmirdiniz...
DÜNYA
03:53 15.11.2026
85
Dublində keçirilən Avropa Siyasi Birliyinin qeyri-rəsmi sammiti çərçivəsində İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı Ukrayna Prezidenti Vladimir Zelenski elə bir fikir səsləndirib ki, "Il Fatto Quotidiano" qəzeti bunu bir irad kimi şərh edib.

İtaliya qəzeti Zelenskinin şəxsi X hesabında paylaşdığı siyasətçilərin qarşılanma anını əks etdirən videoya istinad edib.

"Sonuncu görüşümüzdən xeyli vaxt keçib", - nəşir Melonin sözlərindən sitat gətirib.

Zelenski isə ingilis dilində belə cavab verib: "Siz bunu istəmirdiniz".

Qeyd olunub ki, 2 lider arasında sonuncu üzbəüz görüş iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı baş tutmuşdu.
 
Nəşr həmçinin vurğulayıb ki, Zelenski Avropa paytaxtlarına müntəzəm səfərləri zamanı qəsdən Romanı ziyarət etməyib.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR