Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib

Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib
DÜNYA
04:43 10.09.2026
102
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının hücumu təhlükəsi ilə üzləşib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına açıqlamasında bildirib.

"Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı ilə vurulacaqdı. Onun üzləşdiyi reallıq budur", - Störe deyib.

Zelenski Norveç Kralı Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya səfər edib.

Səfər çərçivəsində Ukrayna Prezidenti Norveçin Baş naziri Yonas Qar Störe ilə də görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, o cümlədən "Patriot" sistemləri üçün raket-interseptorların tədarükünü müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR