Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq? - VİDEO

Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq? - VİDEO
SİYASƏT
14:54 17.04.2021
888
"Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır”.

Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

"Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə qalib gələrsə, verdiyi vədlərə əməl etməsə, Rusiya ilə birlikdə həm Türkiyə, həm də biz onlara təzyiq edəcəyik və bölgədə müharibə riski artacaq. Çünki bizim başqa tələblərimiz də var. Qarabağda hələ də əlisilahlı separatçılar var.

Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Kimlərsə oradan rahat keçməməlidir. Amma ermənilər təxribatlarını yenə də davam etdirirlər. Onlar anlamalıdırlar ki, bu addımlar bölgədə müharibə riskini artırır. Müharibə olmasa da, biz antiterror əməliyyatları ilə bu problemləri həll edə bilərik.

Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə antiterror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndiyə, Xocalıya qayıtmalıyıq. Yaxşı olar ki, bunlar danışıqlar yolu ilə həll olunsun”, - o bildirib.

Politoloq qeyd edib ki, ermənilər Zəngəzur üzərindən açılması planlaşdırılan dəmiryolu ilə bağlı hansısa təhlükə yaradarsa, bu, müharibə elanı olar:

"Əgər Zəngəzur üzərindən dəmiryolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmiryolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmiryolu anında qapanacaq və müharibə başlayacaq. Dəmiryolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq”.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj