Zəngilan rayonunun işğalından 18 il keçir

Zəngilan rayonunun işğalından 18 il keçir
Bütün Xəbərlər
01:07 29.10.2011
3827
Zəngilan rayonunun işğalından 18 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunub. Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min kub metr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kub metr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kub metr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kub metr olan Zəngilan qum-çınqıl qarışığı yataqları var. Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunub. Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yessentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var.Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirib, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR