Zərdab sakini Bakıda narkotik satarkən qandallandı - FOTO

KRİMİNAL
15:08 29.07.2014
1210

Bakı polisi 20 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyev 17 kiloqramdan çox marixuananı satarkən cinayət başında tutulub.  Q. Əliyev həmin narkotik vasitəni satış məqsədi üçün özü əkib-becərdiyini etiraf edib.  Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR