“ZERO” (sıfır) tarifi ilə ilk 3 dəqiqəni pulsuz danış

İQTİSADİYYAT
16:00 29.04.2013
2221

Hər zaman öz abunəçilərini sərfəli danışıq tarifləri ilə sevindirən Nar Mobile, “ZERO” (sıfır) tarifini təqdim etməkdə davam edir.

Şirkətdən AZXEBER.COM-a verilən məlumata görə,artıq “Zero” tarifinə qoşulan abunəçi kiçik bağlantı haqqı ödəyərək, şəbəkədaxili səsli və video zənglər zamanı ilk 3 dəqiqəni 0 (sıfır) qəpiyə danışa biləcək. 4–cü dəqiqədən başlayaraq isə hər növbəti dəqiqə üçün danışıq haqqı 4 qəpikdir.

Bu tarifə qoşulan abunəçi həmçinin, iki sevimli Nar nömrəsinə 50% endirimlə zəng edə bilər. Sevimli nömrələrə zəng zamanı ilk 3 dəqiqə üçün 4 qəpik, 4-cü dəqiqədən etibarən isə hər dəqiqə üçün 2 qəpik ödəyəcək. Abunəçi “Zero” tarifinə qoşulmaq üçün «0» yazıb 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#000#Yes yığmalıdır.

Bundan başqa “Zero” tarifində zəng, mesaj və data xidmətləri üçün digər qiymətlər də təklif olunur. Daha ətraflı məlumatı https://narmobile.az/private/tarifplan/0/ veb səhifəsindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR