Zəvvarlarımızın Həcc ziyarətinə yola düşəcəkləri tarix açıqlandı

Zəvvarlarımızın Həcc ziyarətinə yola düşəcəkləri tarix açıqlandı
Bütün Xəbərlər
14:01 10.10.2012
987
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Həcc ziyarəti ilə bağlı açıqlama yayıb.İdarənin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar.Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaqdır.Müvafiq olaraq 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR