Zeyno Brayza qadın jurnalistlərlə görüşdü

GƏNCLİK
16:43 22.04.2011
2456

AZXEBER.COM-un məlumatına görə, Jurnalist Qadınlar Assossasiyasının və Beynalxalq Mətbuat Mərkəzinin (BMM) dəvəti ilə reallaşdırılan görüşdə Assossasiyanın rəhbəri Sevil Yusifova Zeyno Brayzaya öz fəaliyyətlərindən və qadın jurnalsitlərin işindən bəhs edib. Jurnalistlərlə söhbətləşən Zeyno Brayza bu sahəyə yaxın olduğunu deyib və bunu valideynlərinin də jurnalsit olması ilə əlaqələndirib. Xanım jurnalistlərin suallarını cavablandıran B.Zeyno onlarla söhbət zamanı təhsildə və ailə həyatında uğur qazanmasının səbəblərini açıqlayıb.

Azərbaycandakı fəaliyyətini iki istiqamətdə qurmağı düşündüyünü deyən B.Zeyno bu istiqamətdə yeni işlərə başlayacağını bildirib: " ABŞ-da olarkən məqsədim Amerika və Türkiyə üçün faydalı olmaq idi. Əlbəttə ki, Bakıya gələrkən də bu məqsədi qarşıma qoymuşam. ABŞ və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün çalışacam." Buna baxmayaraq, o siyasətlə məşğul olmaq istəmədiyini də vurğulayıb: "Mən Amerikada olarkən zorakılığa qarşı qadınların özünü müdafiə edə bilməsi üçün kurslar keçmişəm. Aəzrbaycanda da bunu davam etdirmək istəyirəm. Buna görə də ikinci məqsədim qadın zorakılığı və erkən nigahlarla mübarizəyə qarşı layihələrə başlamaqdır".


OXŞAR XƏBƏRLƏR