Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.Onun sözlərinə görə, baş vermiş çökmə prosesləri ərazidə yerləşən binaların konstruktiv elementlərinə ziyan vurub: “Qrunt suları texnogen mənbəli olub ətrafda yamac boyu, yuxarıda yerləşən evlərin şambolarından (kanalizasiya quyusu) süzülmə nəticəsində formalaşıb”.