Ziya Məmmədov Sabir Rüstəmxanlının oğluna yeni vəzifə verdi

Ziya Məmmədov Sabir Rüstəmxanlının oğluna yeni vəzifə verdi
Bütün Xəbərlər
14:05 03.04.2015
3037
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.
AZXEBER.COM  xəbər verir ki, qurumun mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı millət vəkili Sabir Rüstəmxanlının oğludur.
OXŞAR XƏBƏRLƏR