Ziya Məmmədovun bacısı rüşvət alıb? - MİSİR MƏRDANOV CAVAB VERDİ

Ziya Məmmədovun bacısı rüşvət alıb? - MİSİR MƏRDANOV CAVAB VERDİ
Bütün Xəbərlər
15:50 29.09.2012
3984
İki gün öncə nəqliyyat naziri Ziya Məmmədovun Bakı şəhəri Nərimanov rayon 66 nömrəli məktəbin direktoru vəzifəsində çalışan bacısı Məhbubə Məmmədova ilə bağlı “Qafqazinfo”ya şikayət daxil olmuşdu. Məktəbdə yığılan qeyri-qanuni pullara etirazını bildirən valideyn Yaqubov Akif Yəhya oğlu bu özbaşınalıqlardan cana doyduqlarını bildirmişdi. Bu gün isə təhsil naziri Misir Mərdanov məsələ ilə bağlı “Modern.az” saytına açıqlama verib. M.Mərdanov valideynin səsləndirdiyi iddiaları böhtan adlandırıb: “Mən o xanımı yaxşı tanıyıram. Azərbaycanın ən yaxşı müəllimələrindəndir. Bu yazılanlar, deyilənlər ona qarşı böhtandır. Ona görə də, mən deyilənlərə inanmaq istəmirəm”.
OXŞAR XƏBƏRLƏR