Ziyalılar Forumunun işıqları söndürüldü - YENİLƏNİB

Ziyalılar Forumunun işıqları söndürüldü - YENİLƏNİB
MARAQLI
16:29 29.12.2011
1770

Ziyalılar Forumunun bu günə təyin olunan toplantısının təxirə salındı.

15.32 “Media forum” saytının müxbiri xəbər verir ki, Ziyalılar Forumunun saat 15-ə “Hyatt Regency” hotelinə təyin olunmuş iclasında iştirak etməyə gələnlər hazırda hotelin qarşısında toplaşıblar. Onlardan Əkrəm Əylisli, Akif İslamzadə, Azər Mehtiyev, Vahid Qazi, Rəşid Hacılı, Aslan İsmayılov, Elkin Qədirli, Qubad İbadoğlu, Arif Əliyev, Elçin Şıxlı, Rasim Ağayev, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərlərinin adlarını qeyd etmək mümkündür. Toplantıda iştirak etmək istəyən gənc fəallar, tədbiri işıqlandırmaq məqsədi güdən jurnalistlər də hotelin qarşısındadırlar. Ziyalılar Forumunun təşkilatçılarından hadisə yerinə Eldar Namazov gəlib. O deyib ki, bir qədər əvvəl mehmanxana rəhbərliyi onlarla əlaqə saxlayaraq hoteldə böyük bir qəzanın baş verdiyini, bu səbəbdən işıqların söndüyünü xəbər verib. Eldar Namazovun sözlərinə görə, hotelin rəhbərliyi qəzanın çox ciddi olduğunu, hətta qonaqları mehmanxanadan çıxarmaq məcburiyyətində qaldıqlarını da vurğulayıb. Ancaq Eldar Namazov bunu təsadüfi saymır. O, jurnalistlərə deyib ki, Ziyalılar Forumu işıqların qəsdən, forumun toplantısına mane olmaq üçün söndürüldüyünə inanır. “Biz geri çəkilən deyilik” söyləyən Eldar Namazov forumun planlaşdırılan toplantısını keçirəcəklərini və bunun, ola bilsin, 2012-ci ilin əvvəlində reallaşacağını vurğulayıb. ----- 15.05 Dekabrın 29-u saat 15-də Azərbaycan Ziyalılar Forumunun “Hyatt Regency” hotelinin “Bakı” zalında toplantısı olmalıdır. Lakin “Media forum” saytının hazırda hotelin qarşısında olan əməkdaşı xəbər verir ki, “Hyatt Regency” hotelinin, o cümlədən “Bakı” zalı yerləşən korpusun qapısı bağlı, işığı sönülüdür. “Bakı” zalının qapısında keşik çəkən mehmanxananın təhlükəsizlik xidmətinin əməkdaşı “Media forum”un müxbirinə bildirib ki, hotelin işıqları səhər tezdən sönüb, ona görə də hotel kompleksi tamamilə fəaliyyətini dayandırıb, qonaqlar başqa hotellərə köçürülüb, mehmanxana binasında keçirilməsi planlaşdırılan bütün tədbirlər, o cümlədən “Bakı” zalında saat 15-ə təyin olunmuş toplantı təxirə salınıb. Təhlükəsizlik xidmətinin əməkdaşı deyib ki, ilk dəfədir “Hyatt Regency” hotelində belə bir hadisə baş verir. O, hotelin ehtiyat enerji generatorunun olub-olmaması haqda “Media forum” əməkdaşının sualına cavab olaraq bildirib ki, generator var, amma amma hazırda işləmir, çünki qarşıdan gələn yeni illə əlaqədar təmir işləri gedir. ------- 14.18 Ziyalılar Forumunun üzvü Eldar Namazovun verdiyi xəbərə görə, bir saat öncə ona “Hyatt Regency” otelinin rəhbərliyindən zəng edib texniki problemlər üzündən tədbirin keçirilməsinin mümkün olmayacağını bildiriblər. E.Namazov deyib ki, məsələ ilə bağlı Ziyalılar Forumu bəyanat yayıb. Bəyanat bir qədər sonra yayılacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR