Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” klipini təqdim etdi

Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” klipini təqdim etdi
MAQAZİN
08:17 05.11.2026
30
Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib.

AZXEBER.COM xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjimanı və səs uzlaşması Samir Sultanov tərəfindən hazırlanıb. Layihənin vokal prodüseri İsmayıl Əsədovdur.

Bakıda lentə alınan klipin rejissoru Delee Oruclu, quruluşçu operatoru Abid Məmmədovdur. Ekran işində Nadejda Romanova və Əli Həsənov rol alıblar.

Layihənin foto çəkilişlərini Həsən Əliyev, müğənninin saç və makiyajını isə tanınmış stilist Elnur Həsənov edib.

Layihə Nigar Hacızadənin prodüserliyi ilə həyata keçirilib.
 




 

OXŞAR XƏBƏRLƏR