Bakıda məşhur kafe SÖKÜLƏCƏK - VİDEO
Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, görüləcək işlər Bakının Baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var...