“28 May" stansiyasının fəaliyyəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

“28 May" stansiyasının fəaliyyəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
SOSİAL
13:36 15.08.2026
435


Bakı metropolitenində artıq yeni bir dövr başlanır.

AZXEBER.COM xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, bu günə qədər Bakı metropoliteni bütün mümkün texniki tədbirləri görərək minimum intervalları təmin etmişdi:

"Amma bundan sonraki dövrdə artıq dünya təcrübəsində də olduğu kimi, daha az intervalların təmin edilməsi istiqamətində prinsipial günün başlanğıcını deyə bilərik. Düzdür, qarşıdakı dövrdə artıq müəyyən məhdudiyyətlər olacaq. Sərnişinlərimiz 28 May, Nizami istiqamətində hərəkət edə bilməyəcəklər. Bir sözlə, Qırmızı xətt üzrə İçərişəhər, Həzi Aslanov olmaqla qatarların hərəkəti təmin ediləcək. 28 May stansiyasının fəaliyyəti olduğu kimi qalacaq. Amma Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir. Qatarlar Dərnəgül-Nizami istiqamətində hərəkət edəcək. Qırmızı xətt üzrə intervallar 2 dəqiqə 30 saniyə, Yaşıl xətt üzrə hazırda 3 dəqiqə 30 saniyədir. Amma bundan sonraki dövr üzrə artıq monitorinqlərin daha da sıxlaşdırılması ilə axın istiqamətləri öyrəniləcək”.

Onun sözlərinə görə, həm intervalların azaldılması, həm də sərnişinlərin məlumatlandırılması istiqamətində əhəmiyyətli yeniliklər ediləcək:

"Bu gündən etibarən Bakı metropolitenin stansiyalarında könüllülərin fəaliyyəti təmin olunacaq, eyni zamanda stansiyalara əlavə işçi qüvvəsi ayrılmaqla sərnişinlərin artıq giriş sahəsində məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər görüləcək ki, hər hansısa bir çaşqınlıq bundan sonraki dövrdə müşahidə olunmasın. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırır. Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə Yaşıl və Qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspres marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA