12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış
SOSİAL
11:09 13.08.2026
433
Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

Ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin "Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.

Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdığa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.
 
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR