Aydan bıçaqla Şəmsin ürəyindən vurub.
Noyabrın 27-də təxminən axşam saat doqquz radələrində Xəzər rayonunda qətl hadisəsi törədilib.
Cinayətin qurbanı Binə qəsəbəsinin 23 yaşlı sakini Abdullayeva Şəms Daşdəmir qızı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsində bildiriblər.
Fakt üzrə şübhəli bilinən şəxsi səhərə yaxın saxlayıblar.
Bu, 15 yaşlı yerli sakin Aydan Xəlilovadır. Məlumdur ki, Xəlilova Abdullayeva ilə birlikdə Binə qəsəbəsində kirayə qalıblar.
Qızlar kafedə ofisiant işləyirdilər. Dünən axşam onlar evə taksi ilə qayıdarkən aralarında münaqişə baş verib. Münaqişə nəticəsində ön oturacaqda oturan Xəlilova cibindən bıçaq çıxarıb rəfiqəsinin düz ürəyinə sancıb.
Məlumdur ki, münaqişə zamanı Xəlilova sərxoş olub. Cinayətdən dərhal sonra Xəlilova qaçıb gizlənib.
Qətlin şahidi olan taksi sürücüsü isə qorxub. O, can verən Abdullayevanı hadisə yerində qoyub gedib. Yeri gəlmişkən bildirək ki, taksi sürücüsü də tapılıb.
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılıb. İstintaq davam edir.
Qeyd edək ki, qızlar bir müddət imiş ki, Binə qəsəbəsində kirayədə tutduqları mənzildə yaşayırmış. Tüfeyli həyat tərzi keçirən qızlar konkret heç bir yerdə oxuyub-işləməyib. A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq qərarına gəlib.