AZXEBER.COM xəbər verir ki, "Real” Madridə məxsus olan və "Fiorentina”da icarə əsasında çıxış edən 19 yaşlı vinger A Seriyasının IV turunda "Venesiya” ilə qarşılaşmada (4:2) het-trik edib.
Mastantuono 19 yaş 28 günlük olarkən A Seriyası tarixində het-trik edən ən gənc əcnəbi futbolçu olub. O, həmçinin "Fiorentina”nın tarixində İtaliya çempionatının bir oyununda birdən çox qol vuran ən gənc futbolçu adına yiyələnib.
Bu göstəricidə əvvəlki rekord 1974-cü ildə 19 yaş 52 günlük olarkən dubl edən Klaudio Dezolatinin adına idi.
Beləliklə, o, Lionel Messinin rekordunu da yeniləyib. Messi 2007-ci ilin martında İspaniya təmsilçisi "Barselona”nın "Real” Madridlə 3:3 hesablı heç-heçə etdiyi oyunda het-trik edərkən 19 yaş 259 günlük idi.
Qeyd edək ki, Franko Mastantuononun müqaviləsi "Real” Madridə məxsusdur.











































