Adıyamanda baş verən zəlzələnin 9-cu günündə dağıntılar altında qalan 18 yaşlı Məhəmməd Cafer Çətin sağ-salamat çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, "Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra söküntünün 9-cu günündə axtarış-xilasetmə işləri davam edir.
Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları, Zonguldak mədən işçiləri, UMKE və digər qruplar Cümhuriyyət Mahallesi Əbdül Musa prospekti 25134 küçəsində yerləşən 7 mərtəbəli Fırat Sitesinin dağıntıları altında qalan 18 yaşlı Məhəmməd Cafer Çətinə çatıb. Ekipajlar 198 saat sonra Çətini dağıntılar altından xilas ediblər.
Səhər saatlarında dağıntılar altından qruplara səsini eşitdirdiyini öyrənən Çətin sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Gənci dağıntılar altından çıxaran axtarış-xilasetmə qrupları böyük sevinc yaşayıb.
Mikayıl