2 tələbə qızı maşın vurdu

2 tələbə qızı maşın vurdu
Bütün Xəbərlər
13:21 19.09.2013
1445
Gəncə şəhərində yolu keçmək istəyən iki tələbəni maşın vurub. Gəncə Dövlət Universitetinin ikinci kurs tələbələri, Şəmkir rayonun Qaralar kənd sakini, 20 yaşlı Zöhrə Sarıyeva və rayonun Qılıncbəyli kənd sakini, 19 yaşlı Xanım Əliyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Tələbələrə tibbi yardım göstərilib, hazırda onların vəziyyətinin normal olduğu bildirilir.

Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, Zöhrə Sarıyeva və Xanım Əliyeva şəhərin Nizami küçəsində yolu keçmək istəyərkən Gəncə şəhər sakini, 23 yaşlı Üfüq Əliyevin idarə etdiyi “VAZ 21015” markalı avtomobil tərəfindən vurulub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR