Hikmət Hacıyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım

Hikmət Hacıyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım
SİYASƏT
09:43 22.07.2025
846
Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, Azərbaycanın yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli "yumşaq güc” vasitələrindən biridir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Milli Mətbuat Günü münasibətilə "X" hesabında yazıb.

O bildirib ki, bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır:

"Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər