“20 Yanvar faciəsi yalnız kədərli tarix deyil…”

“20 Yanvar faciəsi yalnız kədərli tarix deyil…”
SİYASƏT
15:12 19.01.2026
500
Azərbaycan xalqının yaddaşına qanla yazılmış 20 Yanvar faciəsi təkcə ağrı və kədər günü deyil, həm də milli iradənin sarsılmazlığının rəmzidir. Bu faciəyə ilk dəfə məhz 1994-cü ildə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi isə tariximizdə mühüm dönüş nöqtəsi oldu.

Xalqımıza qarşı törədilən qanlı cinayətə cəsarətlə etiraz edən və onun əsl mahiyyətini dünyaya çatdıran şəxs Ümummilli lider Heydər Əliyev idi. O, hələ 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə 20 Yanvar hadisələrinə münasibət bildirərək demişdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən illərdə Sovetlər Birliyi və respublika rəhbərliyi bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Məhz Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” xüsusi qərar qəbul edildi. Bu sənəddə 20 Yanvar hadisələri sovet totalitar rejimi tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Qərarda açıq şəkildə qeyd olunurdu ki, bu qanlı əməliyyatın məqsədi Azərbaycanda güclənən milli-azadlıq hərəkatını boğmaq, xalqın müstəqillik iradəsini sındırmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. Həmçinin faciənin günahkarları konkret olaraq göstərildi və Bakıda xatirə kompleksinin yaradılması barədə tapşırıq verildi.

Bu addım 20 Yanvar həqiqətlərinin dövlət səviyyəsində tanınması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və tarixi ədalətin bərpası baxımından son dərəcə əhəmiyyətli idi.

Ümummilli liderin 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi də bu siyasətin davamı oldu. Bu adla Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda 1990-cı ilin yanvar hadisələrində həlak olan, eləcə də aldığı xəsarətlərdən vəfat edən şəxslər ölümündən sonra təltif edilməyə başlandı.

Bütün bunlar göstərir ki, 20 Yanvar faciəsi yalnız kədərli tarix deyil, həm də milli oyanışın, müstəqilliyə aparan yolun başlanğıcıdır. Bu gün hər birimiz həmin hadisələrə verilən siyasi-hüquqi qiymətin əhəmiyyətini daha dərindən dərk edir, şəhidlərimizin xatirəsini qürurla yad edirik.
 
Şəhla Balayeva

Göygöl şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır