Bir neçə rayonun təbii qaz təchizatında qismən məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verdiyi məlumata görə, “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar, 08 aprel 2014-cü tarixində saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarına və Cəlilabad rayonunun bir hissəsinətəbii qazınverilişində qismən fasilələr yaranacaq.