Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
Bütün Xəbərlər
11:00 14.02.2014
772

Azərbaycan əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub.

AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib.Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunmuş və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil edib.Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1012 qadın düşür.Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olmuşdur. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür.Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər azalıb.

OXŞAR XƏBƏRLƏR