Bakı Metropolitenində yenilik

Bakı Metropolitenində yenilik
Bütün Xəbərlər
00:01 18.11.2013
916

İlin sonunadək Bakı Metropoliteni ilə Rusiyanın “Transmaşholdinq” şirkəti arasında 15 yeni vaqonun alınması haqqında saziş imzalanacaq. Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, yeni vaqonlar Azərbaycana 2014-cü ilin yanvar-fevral aylarında çatdırılacaq. Həmin vaqonlardan Bakı metrosunun yeni “Bənövşəyi” xəttinin işə salınması çərçivəsində istifadə olunması planlaşdırılır.

Bundan əvvəl “Transmaşholdinq”lə imzalanan müqaviləyə əsasən Bakıya sınaq üçün beş vaqon göndərilmişdir. Yarım il ərzində onlardan maşinistlərin təlimi üçün istifadə edilib.

OXŞAR XƏBƏRLƏR