Bakıda yağış gözlənilir

Bakıda yağış gözlənilir
MARAQLI
10:18 30.09.2011
1928

AZXEBER.COM xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki,Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Bakıda gecə 16-18°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi gecə 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa düşəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaq. Naxçıvan Muxtar Respublikasındahava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur 6-11°, gündüz 23-28° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarındahava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 22-27° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındahavanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 7-12°, gündüz 20-25° isti olacaqdır. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 11-16°, gündüz 25-30° isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındahava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 13-17°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 16-21° isti olacaq. Tibbi-meteoroloji proqnoz:sentyabrın 30-da Abşeron yarımadasında güclü gilavar küləyinin oktyabrın 1-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun xeyli enəcəyi, arabir yağış yağacağı, oktyabrın 2-də yenidən arabir güclənən gilavar küləyinə keçəcəyi gözlənilir. Belə təzadlı dəyişkən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı