Uqo Çavez Twitter sosial şəbəkəsindəki 3 milyonuncu izləyicisinə ev hədiyyə edib. AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Venesuella prezidenti yayımladığı tvitdə Natalia Valdiviesonu 3 milyonuncu izləyicisi olduğu üçün təbrik edib və ona ev həddiyə etdiyini bildirib. Gənc qız da öz növbəsində buna görə prezidentə təşəkkür edib və "tvitter"də 'təşəkkür edirəm, yeni evim çox gözəldir' yazıb.