Problemlər içərisində çabalayan Ermənistandan əhalinin kütləvi şəkildə qaçdığını hətta rəsmi dairələr də etiraf edir. Ermənistanın news.am saytı insanlar arasında sorğu apararaq, onların bu haqda fikirlərini öyrənməyə çalışıb. Polis əməkdaşı Vardan Sarkisyan «imkan olarsa, Ermənistanı tərk edərdinizmi» sualına mənfi cavab versə də, digərləri fərqli mövqe nümayiş etdirib. Polis əməkdaşı heç bir halda «vətənini tərk etməyəcəyini, Ermənistanı sevdiyini» söyləyib.
46 yaşlı yazıçı Armen Melkonyan isə tam fərqli fikirdədir: «Bura ümumiyyətlə, ölkə deyil. Nə ədalət, nə insanlarda bir-birinə kömək etmək istəyi, nə ümumi inkişafa cəhd var. Hər kəs özü haqda düşünür. Heç bir mədəniyyət, incəsənət yoxdur. Hər şey ölür. Kriminal, korrupsiya, kütbeyin hakimiyyət, qeyri-insani prioritetlər… Burada necə yaşamaq olar? Oğrular, cinayətkarlar, qatillər ölkəsi. Burada çox az sayda normal insan qalır».
22 yaşlı Ayarpi Muradyan da hesab edir ki, Ermənistan son dərəcə korrupsiyalaşmış ölkədir: «Xüsusilə təhsil ocaqlarında korrupsiya çiçəklənib. Heç bir ölkədə bizdəki qədər korrupsiyaya, ədalətsizliyə rast gəlmək olmaz».
10 il kənarda yaşadıqdan sonra yenidən Ermənistana dönmüş 73 yaşlı Nindel Çobanyan da hər şeydən narazıdır: «Qayıtdım. Nolsun? İş yox, pul yox, imkan yox, inkişaf yox… Bəs nə var? Ac insanlar».
//milli.az