Ordu şəhərdəki əsas obyektləri nəzarətə götürəcək. Bu gün Misirdə müxalifətin minlərlə tərəfdarının iştirakı ilə irimiqyaslı etiraz aksiyaları gözlənilir. Bəzi miəlumatlara görə, Qahirədən gedən əsas yollarda terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı dəstələr yerləşdirilib. Bu ərəfədə Misirin hüquq-mühafizə orqanları “Müsəlman qardaşları” islam partiyasının üç liderini həbs edib. Yerli hakimiyyət ehtimal edir ki, bu fraksiyanın üzvləri də bu günkü etiraz aksiyalarına hazırlaşa bilərlər. Xatırladaq ki, Misiri xalq etirazları bürüyüb. İnsanlar korrupsiya və işsizliyə etiraz edirlər. Misir müxalifəti bəyan edib ki, qarşıdurmalar zamanı polis 9 nəfəri öldürüb, təxminən 1200 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin nümayəndələri isə 500 nəfərin saxlanılması ilə bağlı məlumat veriblər.
{jcomments off}