“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi Könüllülük hərəkatına verilən yüksək qiymətdir”

“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi Könüllülük hərəkatına verilən yüksək qiymətdir”
GƏNCLİK
17:07 06.01.2020
8735
"Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması dövlət başçısının ölkəmizdə Könüllük Hərəkatına verdiyi yüksək dəyərin nümunəsidir. Bu sərəncam gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin yüksəlməsinə təkan verəcək, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməsinə şərait yaradacaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında danışarkən deyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamları ilə illərin müxtəlif mühüm mövzulara aid edilməsi olduqca müsbət qarşılanan ənənədir: "Bundan əvvəl elan edilən "Gənclər İli”, Multikulturalizm ili”, "İslam Həmrəyliyi ili”, "Azərbaycan Xalq Cümhuriyyəti ili”, "Nəsimi ili” elan edilməsi bu siyasətin əyani nümunəsidir. Bu illər çərçivəsində reallaşdırılan çoxsaylı tədbirlər, konfranslar, forumlar dövlətimizin ictimai-siyasi və mədəni həyatında olduqca mühüm bir mərhələni təşkil edir”.

Fərid Şahbazlı bildirib ki, müstəqil və müasir Azərbaycan tarixində könüllülük sahəsində ilk addımların atılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun hakimiyyəti dövründə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. Daha sonra həmin proqram əsasında 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı:

"2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi isə Azərbaycanda könüllülük fəaliyyətinə yeni nəfəs gətirdi və inkişafı üçün güclü hüquqi baza yaratdı. Dövlətimizin böyük dəstəyi ilə ASAN, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllülüləri, Aqrar İnkişaf könüllüləri və digər könüllü hərəkatları gəncləri öz ətraflarında birləşdirirək, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Buna misal kimi, könüllülərin Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük beynəlxalq tədbirlərdə fəaliyyətlərini qeyd etmək olar”.

Birlik sədri qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi tövsiyə etməsi ölkəmizdə Könüllük hərəkatının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu: "Bu anlamda Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması olduqca mühüm əhəmiyyət kəsb edir və ölkəmizin gənclər siyasətinə yeni nəfəs gətirəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakıda maşının mühərrik hissəsində ilan görünüb
19:01 10.05.2025
Bakıda maşının mühərrik hissəsində ilan görünüb
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub