Tanınmış teleaparıcı Xəzər TV-dən ayrıldı

Tanınmış teleaparıcı Xəzər TV-dən ayrıldı
MEDIA
17:32 27.06.2020
9323
"Xəzər TV”nin tanınmış teleaparıcısı, telejurnalist Vamiq Nəsirov işdən ayrılıb.

AZXEBER.COM xəbər verir ki, teleaparıcı özü bu haqda məlumat verib.

O 13 ildir çalışdığı telekanaldan ayrılmağın ağır olduğunu deyib: 

"Bu gün 13 ildir ki, işlədiyim "Xəzər” TV-dən ayrılıram. Düz 13 il. Yaşadığım ömrün üçdə biri. "Xəzər” TV mənim evimdir. Əminəm ki, bundan sonra da belə  olacaq. İndiyə qədər əgər nə isə əldə etmişəmsə bunda "Xəzər” TV-nin və onun kollektivinin böyük rolu varz İnqliab Məmmədov başda olmaqla xəbərlər departamentinin kollektivinə isə xüsusilə minnətdaram.

Belə bir peşəkar komandanın üzvü olduğum üçün özümü şanslı hesab edirəm. 
 "Xəzər” TV yaradılanda bura necə həvəslə gəldiyimi xatırlayıram. Bu gün isə buradan gülər üzlə və alın  açıqlığı ilə ayrılıram.  
Teleaparıcı kanalın direktoru Murad Dadaşovun onu dediyi sözləri də xatırladıb: 

"Şirkətin rəhbəri Murad Dadaşovla görüşümüzdə dediyi sözlər məni çox qürurlandırdı: "Sənə uğurlar arzulayıram. Amma nə vaxtsa televiziya üçün darıxsan, bil ki, burada sənin masan da, vəzifən də həmişə var”.  Əgər kimsə işdən ayrılacaqsa ona məhz belə ayrılıq arzulayıram. Bir daha "Xəzər” ailəsinə – doğma ailəmə təşəkkür edirəm”.
OXŞAR XƏBƏRLƏR